Gələcəyinin başladığı yer

Son 30 gündə Glorri ilə 22 namizəd xəyalındakı işə qovuşdu. Sırada sən varsan!

Şirkətlər

18 / 94 nəticə göstərilir

Yelo Bank ASC

Yelo Bank ASC

Biz yeniliklərə açıq peşəkar komanda ilə əhalinin və sahibkarların bank təcrübələrini yeniləmək üçün çalışırıq. Müştərilərimizlə birgə Azərbaycanda maliyyə xidmətlərinə yeni imkanlar və ideyalar gətirir, çevik və şəffaf xidmətimizlə onların daha çox uğur əldə etməsinə töhfə veririk. Hazırda Yelo Bank-ın paytaxt və regionlarda (Salyan, Gəncə, Lənkəran, Masallı, Bərdə, Şamaxı, Ağcabədi, Qəbələ, Xaçmaz, Tovuz) ümumilikdə 20 filialı fəaliyyət göstərir. Bankın müştəriləri filiallara yaxınlaşaraq pərakəndə və biznes xidmətlərindən, həmçinin mobil və internet bankçılıq, kredit sifarişi, növbə, ödəmə, ölkədaxili və xarici köçürmələr kimi onlayn xidmətlərdən faydalana bilirlər.

14 vakansiya
Erset

Erset

ERSET 1986-cı ildə Türkiyənin Kahramanmaraş şəhərində ümumi maşın istehsalçısı və sənaye ehtiyat hissələri istehsalçısı kimi təsis edilmişdir. Tikinti sektorundakı təkmilləşməyə görə, ERSET tikinti, mədənçıxarma və digər sənaye sahələrində qaldırıcı və daşıma maşınları üzrə ixtisaslaşmışdır. ERSET ilk material liftini 1995-ci ildə istehsal etmiş və 1997-ci ildə tikinti sahələri üçün fasad işləri üçün asma platformalar istehsalına başlamışdır. ERSET innovasiya, tədqiqat və təkmilləşdirmə yolu ilə tor mağaza qurur. ERSET öz sektorlarında beynəlxalq patentlərə və faydalı modellərə malikdir və yeniliklər etməyə davam edir. ERSET xüsusilə təcrübə, analitik təfəkkür və xüsusi tədqiqat tələb edən problemlərin həlli yollarını axtaran müştərilərə və qeyri-standart işlərə kömək etmək istəyir. ERSET öz uğurlarını bütün dünyada yerləşən yerli və beynəlxalq müştərilər və distribyutorlarla bölüşür. ERSET Asiya, Yaxın Şərq, Afrika və Avropanın 20-dən çox ölkəsində mühüm layihələri tamamlayan məmnun müştərilərlə fəxr edir. Keyfiyyətin vacibliyi ilə yanaşı, mühəndisləri, texniki işçiləri və bütün işəgötürənləri ilə ERSET müştərilərin etibarlılığının və etibarının vacibliyini dərk edir.

10 vakansiya
E

Europark MMC

Fəaliyyət göstərdiyi müddətdə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin etibarını qazanmışdır. Peşəkar işçi heyəti ilə sürücülərə həftənin 7 günü, 24 saat dəstək göstərilir və 1 iş günü ərzində ödənişlər hesaba köçürülür. EuroPark — etibarlı partnyorunuz! * Bizimlə daha çox gəlir əldə edin * Uyğun iş qrafiki * Davamlı Dəstək * Etibarlı Tərəfdaş

3 vakansiya
Kontakt Home

Kontakt Home

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk.   Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir.   Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır.   Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram [https://www.instagram.com/kontakt_life/], həm də LinkedIn [https://www.linkedin.com/company/kontakt-life/posts/?feedView=all] səhifəsində kəşf edə bilərsən.

2 vakansiya
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.

2 vakansiya
ATB Bank

ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq!   “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır.    Bankın səhmdarları:   AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1%   Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir

1 vakansiya
PASHA Bank

PASHA Bank

PASHA Bank is one of Azerbaijan's leading corporate banks. Established in 2007, we offer all major financial services, including investment banking, trade financing and asset management to a range of clients, from large corporates to small and medium enterprises. The Bank particularly works closely with companies operating in the non-oil sectors of the economy, including agriculture, transportation, construction and retail, which are vital for helping Azerbaijan to diversify its economy. PASHA Bank is the largest private bank in Azerbaijan by total equity, and one of the top 3 private banks by assets. As of 30 June, 2019, the Bank's assets exceeded AZN* 4,483 million, while its total capital amounted to AZN 435 million.  PASHA Bank is headquartered in Baku and has a total of 6 business centres, 3 branches and 2 FX offices across Azerbaijan. In 2013, we opened our first office in Georgia and office in Turkey in 2014. Our long-term regional vision envisages creating interconnected banking operations that will facilitate rapidly growing trade and deal flow between Baku, Tbilisi and Istanbul, the three most vibrant markets of the region.

1 vakansiya
Aztelekom MMC

Aztelekom MMC

Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş Aztelekom İstehsalat Birliyi, respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmışdır. Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradıldı. Bu gün "Aztelekom" MMC əhalinin rahatlığını təmin etmək məqsədi ilə ən ucqar kəndlər də daxil olmaqla, respublikanın regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər keçirməkdədir. Vətəndaşların stasionar telefonlardan daha rahat ünsiyyətinin təmin edilməsi məqsədi ilə "Aztelekom” MMC tərəfindən 2005-ci ildə portativ daşınan telefon CDMA simsiz rabitə xidməti istismara verilmişdir. Aztelekom" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Hazırda "Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir. Müxtəlif təşkilat və qurumlar tərəfindən mükafat və diplomlarla təltif olunan “Aztelekom” MMC 2014-cü ildə “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata layiq görülmüşdür. 2018-ci ilin dekabr ayının 20-də Caspian Business Award 2018 Beynəlxalq mükafatının təqdimetmə mərasimində "Aztelekom" “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layıq görülüb. 2019-cu ildə "Aztelekom" MMC "Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı" üzrə İSO 9001:2015 sertifikatını əldə edib

1 vakansiya
PASHA Real Estate Group

PASHA Real Estate Group

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that uphold high standards of quality and sustainability. Emphasizing customer satisfaction and strategic asset management, the group aims to innovate within the property management sector while achieving superior investment outcomes. PASHA Real Estate Group prioritizes the well-being of its employees, fostering a supportive work environment and providing opportunities for professional growth and development.

1 vakansiya
Landau Education Group

Landau Education Group

Landau Education Group is a leading educational institution in Baku, Azerbaijan, dedicated to inspiring and guiding every student to become the best version of themselves. Our diverse portfolio includes: * LANDAU School: LANDAU School is a private school, founded in 2018 and named after the brilliant theoretical physicist Lev Davidovich Landau, the first Azerbaijani Nobel laureate. Being the biggest private school in the Caucasus with more than 3000 students LANDAU School was established with the mission to provide the best resources and guidance necessary to build a solid foundation for students. * Leznik&Co Courses: Offering specialized courses to enhance skills and knowledge. * Barama Kindergartens Chain: Providing early childhood education that fosters development and growth. * Simurq Lyceum: Focused on academic excellence and personal development. * Sabah School: Committed to delivering quality education with a modern approach. * LANDAU Academy: A Further Education Institution recognized by the Ministry of Science and Education of the Republic of Azerbaijan, offering a wide range of opportunities for new graduates and those interested in teaching. * LANDAU Evening School: A unique educational project providing effective preparation for prospective students aiming to join LANDAU School, offering training in English and Mathematics. * LION Olympiad Center: Specializes in preparing students for various academic Olympiads, boasting impressive statistics with numerous gold, silver, and bronze medals. * LANDAU App: A digital platform designed to support and enhance the learning experience. With numerous campuses across Baku, we provide a dynamic environment that is conducive to both studying and working. Our mission is to inspire and guide every student to become the best version of themselves, assisting in unlocking their full potential. We employ a phased and modern educational approach to uncover each student's talents and prepare them for success, distinguishing our methodology. At Landau Education Group, we believe in fostering a culture of collaboration, innovation, and continuous improvement, making it an ideal place for both learners and educators to thrive.

0 vakansiya
Expressbank ASC

Expressbank ASC

Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

0 vakansiya
AZBADAM MMC

AZBADAM MMC

AZBADAM şirkətinin əsas fəaliyyəti öz bağlarında və respublika ərazisində əkilmiş digər badam bağlarından alınan məhsulun emalı və satışını həyata keçirməkdir. ISO 22000 və FSSC 22000 sertifikatının tələbləri nəzərə alınmaqla dizayn edilmiş emal zavodunda bütün mərhələləri tamamladıqdan sonra badam satışa hazır vəziyyətə gətirilir.

0 vakansiya
Code Academy

Code Academy

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Akademiyanın məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir. Bizim təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Biz rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edirik. Daha ətraflı məlumat üçün www.code.edu.az saytına keçid edə bilərsiniz.

0 vakansiya
Unibank Kommersiya Bankı

Unibank Kommersiya Bankı

Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.  Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

0 vakansiya
Agro Food Investments

Agro Food Investments

AZE: “Agro Food Investments MMC" (AFI) Azərbaycanın aparıcı aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir. Bunlarla yanaşı, qrup, dəyər zəncirinin bir neçə mərhələsində təmsil olunmaqla, logistika, saxlanc xidməti, quru və soyuducu kameralar, laboratoriyalar kimi tamamlayıcı biznes sahələrinə daxil olmuş və keyfiyyət və dayanıqlılığı təmin etməyi hədəfləyib. ENG: "Agro Food Investments LLC” (AFI) is one of the leading group of agricultural and food companies in Azerbaijan. AFI covers several companies operating in this field and their production areas, including hazelnut processing plant, almond processing plant, seedling and rootstock production plant, essential oil processing plant, indoor and outdoor flower cultivation and processing, tea processing plant and tea plantations, olive oil and table olive production, as well as manages thousands of hectares of hazelnut, almond, olive and mixed fruit orchards. In addition to these, the group participates in complementary business areas such as logistics, storage service, dry and cold rooms, laboratories, with representation at several stages of the value chain, aiming to ensure quality and sustainability.

0 vakansiya
Grand-Agro MMC

Grand-Agro MMC

Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

0 vakansiya
Macklight

Macklight

Professional translators founded the company, now known as Macklight, in 2018 under the name of "ANC Translations". Over the past period, having provided high-level services to many international and domestic organizations, consulting companies, and government agencies, since 2020, the company decided to continue its activities under the name of Macklight. Macklight, with a team of professional translators of European and Eastern languages in a short time, began offering translation services to the clients in technical, oil and gas, economic, legal, marketing, IT, website localization, and other areas. The long-term individual translation activity of the company's founders and a well-developed strategy accelerated the company's development. Today regardless of the type of enterprises and organizations, the company's primary goal is to maintain the principle of a "professional approach". 

0 vakansiya
PMD Projects MMC

PMD Projects MMC

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir. 

0 vakansiya