Komandamıza diqqətli və təşəbbüskar bir iş analitiki dəvət etməkdən məmnunluq duyuruq! Bu rolda iş proseslərini təhlil etməli, tələbləri müəyyənləşdirməli və e-ticarət layihələrinin uğurla həyata keçirilməsini təmin etməlisiniz. İş məqsədlərimizə çatmaq və müştəri təcrübəsini artırmaq üçün marketinq, inkişaf, məhsul idarəetmə və müştəri dəstəyi qrupları ilə yaxından işləyəcəksiniz.
Vəzifə öhdəlikləri:
· Layihənin əhatə dairəsini və məqsədlərini müəyyən etmək üçün biznes tələblərinin toplaması və təhlil edilməsi;
· Ehtiyac və gözləntilərini başa düşmək üçün məhsul menecerləri, mühəndislər və dizaynerlərlə qarşılıqlı əlaqələrin qurması;
· Layihənin tələblərinin rəsmiləşdirilməsi;
· İstifadəçi ehtiyacları və davranışları haqqında məlumat toplamaq üçün istifadəçi araşdırmalarının aparılması;
· Məhsulun tələblərə cavab verməsini təmin etmək üçün test planlarının hazırlanması;
· Problemləri müəyyənləşdirmək və həll etmək üçün inkişaf qrupu ilə əməkdaşlığın qurulması;
· Layihə sənədlərinin yaradılması və saxlanılması (user stories, use cases, telframes);
· Nəticələri və tövsiyələri tərəflərə təqdim edilməsi;
· Qarşıya qoyulan məqsədlərə çatmaq üçün layihənin gedişatının izlənməsi və qiymətləndirilməsi.
Tələblər:
· Ali təhsil;
· Səlis azərbaycan dili, rus və ingilis dili bilikləri üstünlükdür;
· Müvafiq sahədə minmum 3 il iş təcrübəsi.
· Araşdırma məhrələsinin aparılması və müştəri üçün dəyər və təkliflərin yaradılması üzrə təcrübə;
· Elektron ticarət layihələri üçün arxitekturaların hazırlanması prosesində texniki mütəxəssislərlə (Tech Lead/Architect) qarşılıqlı əlaqə təcrübəsi;
· Məhsulların ekosistemi üçün texniki sənədlərin yaradılması təcrübəsi (Backend, Frontend, Mobile, Admin Panel).
Son tarix
July 10, 2025
Paylaşılıb
may 31, 2025
Vakansiya növü
Tam ştat
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
02-06-2025
9.8K
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti ● Bakı, Azərbaycan
02-06-2025
6
Baker Tilly Azerbaijan ● Bakı, Azərbaycan
30-05-2025
775
OBA Market MMC ● Bakı, Azərbaycan
30-05-2025
69