Sürətlə böyüyən və yüksək xidmət standartları ilə seçilən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsi komandasını genişləndirir. Biz gülərüz, daim baxımlı, özünə güvənən və zərif ünsiyyəti ilə fərqlənən əməkdaşlar axtarırıq.
Əgər sən…
- Gözəllik sahəsində professionallığa doğru addımlamaq istəyirsənsə;
- İnsanlarla diqqətli və səlis ünsiyyət qurmağı bacarırsansa;
- Estetik düşüncəni və gözəllik haqqında bilgilərini paylaşmaqdan zövq alırsansa;
- Cavan, sürətlə böyüyən və çevik komandaya qoşulmaq istəyirsənsə, onda sən bizim axtardığımız işçisən!
Biz sənə maraqlı iş və başqa nələr təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə və ödənişli məzuniyyət;
- Bazarda üstün sayılan və performansa əsaslanan gəlir imkanı;
- Növbəli iş qrafiki;
- Şirkət daxili ödənişsiz təlimlər;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı - mentor, müavin, hətta müdir olmaq perspektivi.