Manevr işində qatarın tərtib olunması və tərkibin dağıdılması, tranzit qatarlardan vaqonların açılması, qoşulması, vaqonların yükləmə-boşaltma və xüsusiləşdirilmiş yollara verilməsi işini yerinə yetirmək;
Stansiyalarda ərazisindəki xidməti sahəsində manevr işini həyata keçirmək;
İnsanlarla tutulu, əndazəli və təhlükəli maddələrlə yüklənmiş vaqonlarla manevr işini xüsusi ehtiyatla yerinə yetirmək;
Vaqonların bir-birinə qoşulmasını və həmçinin onların hüdud sütuncuğundan kənara çıxmamasını və düzgün bərkidilməsini yoxlamaq;
Növbəni təhvil verən qatar tərtibçisi, növbəyə gələcək qatar tərtibçisini yolların vəziyyəti və verilmiş tapşırıqla tanış etmək;
Vaqonlarla qabaqda hərəkət edən zaman qabaq vaqonda ayaqqoyanda gedərək və təhlükəli yerlərə yaxınlaşan zaman daima işarə vermək;
İMB qurğularının normal işinin pozulması zamanı stansiya və ya təpə növbətçisinin göstərişi ilə mərkəzləşdirilmiş yoldəyişənləri kurbel vasitəsilə çevirmək, hazırlanmış marşrutun düzgünlüyünü və izolə sahəsinin boş olmasını yoxlamaq;
Stansiyanın TSA-da göstərildiyi kimi manevr işi zamanı vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
Qatar heyətinin tormoz başmaqları ilə bərkidilməsini, onların təkərlərin altından götürülməsini, yoldəyişənlərin yerləşməsini, daimi işarələri, mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və yoldəyişən postların yerini və xidmət etmə qaydalarını bilməklə müvafiq işləri icra etmək.
Tələblər
Təhsil: Orta təhsil;
Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları;
Azərbaycan dövlət dəmiryolunun qatarların hərəkəti və manevr işinə dair təlimat;
Azərbaycan dövlət dəmiryolunun işarəvermə təlimatı;