Azərbaycan Dəmir Yolları

Qatar tərtibçisi (Bakı)

22-07-2025

628

Təsvir

  • Manevr işində qatarın tərtib olunması və tərkibin dağıdılması, tranzit qatarlardan vaqonların açılması, qoşulması, vaqonların yükləmə-boşaltma və xüsusiləşdirilmiş yollara verilməsi işini yerinə yetirmək;
  • Stansiyalarda ərazisindəki xidməti sahəsində manevr işini həyata keçirmək;
  • İnsanlarla tutulu, əndazəli və təhlükəli maddələrlə yüklənmiş vaqonlarla manevr işini xüsusi ehtiyatla yerinə yetirmək;
  • Vaqonların bir-birinə qoşulmasını və həmçinin onların hüdud sütuncuğundan kənara çıxmamasını və düzgün bərkidilməsini yoxlamaq;
  • Növbəni təhvil verən qatar tərtibçisi, növbəyə gələcək qatar tərtibçisini yolların vəziyyəti və verilmiş tapşırıqla tanış etmək;
  • Vaqonlarla qabaqda hərəkət edən zaman qabaq vaqonda ayaqqoyanda gedərək və təhlükəli yerlərə yaxınlaşan zaman daima işarə vermək;
  • İMB qurğularının normal işinin pozulması zamanı stansiya və ya təpə növbətçisinin göstərişi ilə mərkəzləşdirilmiş yoldəyişənləri kurbel vasitəsilə çevirmək, hazırlanmış marşrutun düzgünlüyünü və izolə sahəsinin boş olmasını yoxlamaq;
  • Stansiyanın TSA-da göstərildiyi kimi manevr işi zamanı vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
  • Qatar heyətinin tormoz başmaqları ilə bərkidilməsini, onların təkərlərin altından götürülməsini, yoldəyişənlərin yerləşməsini, daimi işarələri, mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və yoldəyişən postların yerini və xidmət etmə qaydalarını bilməklə müvafiq işləri icra etmək.

Tələblər

  • Təhsil: Orta təhsil;
  • Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları;
  • Azərbaycan dövlət dəmiryolunun qatarların hərəkəti və manevr işinə dair təlimat;
  • Azərbaycan dövlət dəmiryolunun işarəvermə təlimatı;
  • Peşəkar ehtiyatlılıq, şifahi ifadə, diqqətlilik.


Vakansiya haqqında

Son tarix

August 4, 2025

Paylaşılıb

iyul 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat