open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
Facility Management Group
/
Komplayns üzrə baş mütəxəssis
Komplayns üzrə baş mütəxəssis
Facility Management Group
Bakı, Azərbaycan
Tam ştat
01-08-2025
66
Müraciət et
Təsvir
Komplayns (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
Komplayns prosedur və metodologiyalarının hazırlanması və tətbiqi;
Biznes və inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrinin hazırlanması;
Qanunvericiliyə və tənzimləyici sənədlərə uyğunluğun təmin olunması məqsədilə nəzarət fəaliyyəti və hesabatların hazırlanması;
Uyğunluq pozuntuları üzrə effektiv tədbirlər planının hazırlanması və icrasına nəzarət;
ISO 41001: Facility Management standartı üzrə əməliyyat və idarəetmə sistemlərinin təhlili, tövsiyələrin hazırlanması və tətbiqi;
Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması və nəzarət;
Təşkilat sənədlərinin və proseslərinin monitorinqi və təkmilləşdirilməyə ehtiyacı olan sahələrin müəyyən edilməsi;
Komplayns fəaliyyəti üzrə aylıq, rüblük, yarımillik və illik planların hazırlanması;
ISO 41001 sertifikatının saxlanılması üçün auditlərə hazırlıq, yoxlayıcı orqanlarla əlaqə və icra prosesinə nəzarət;
Şirkət daxilində komplayns mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə təkliflərin hazırlanması;
Əməkdaşların komplayns mövzusunda maarifləndirilməsi və təlimlərin keçirilməsi;
Əməkdaşların uyğunluqla bağlı suallarının cavablandırılması və problemlərin həlli;
İstifadədə olan proqram təminatlarının uyğun şəkildə işlədilməsinə nəzarət;
Struktur bölmələr arası koordinasiya və proseslərin təhlili;
Hüquq və Komplayns şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Vakansiya haqqında
Son tarix
September 10, 2025
Paylaşılıb
avqust 1, 2025
Vakansiya növü
Tam ştat
Kateqoriya
Hüquq
Oxşar vakansiyalar
Bütün vakansiyalar