Agentliyin strateji məqsəd və prioritetlərinə uyğun performans idarəetmə çərçivəsinin qurulması, təkmilləşdirilməsi və davamlı şəkildə optimallaşdırılması;
Performans planlaması, qiymətləndirmə və yekun rəy prosesləri də daxil olmaqla, illik performans dövrlərinin strukturlaşdırılması və idarə edilməsi;
Strukturlar üzrə fərdi və komanda səviyyəsində hədəflərin (KPI) müəyyən olunması və təsdiqlənməsi prosesinə koordinasiya dəstəyi göstərilməsi;
Məqsədlərin təşkilatın ümumi strategiyasına uyğunluğunun təmin edilməsi;
Performans göstəricilərinə dair rüblük və illik analitik hesabatların hazırlanması, məlumatların təhlili və qərarvermə proseslərini dəstəkləyən çıxarışların təqdim olunması;
Performansın idarə edilməsi proseslərinin rəqəmsal platformalar üzərindən (HRM sistemi və ya digər proqram təminatları vasitəsilə) səmərəli icrasının təmin olunması;
Rəhbərlik və əməkdaşlar arasında rüblük əks əlaqə (feedback) sessiyalarının təşkili və fasilitasiya edilməsi;
Toplanan rəy və nəticələrin təhlili, konsolidasiyası və rəhbərliyə strukturlaşdırılmış şəkildə təqdim olunması;
Performans nəticələrinin təhlili əsasında fərdi inkişaf planlarının formalaşdırılmasına dəstək göstərmək;
Təşkilat daxilində rəhbərlərə və struktur rəhbərlərinə performans idarəetməsi üzrə ekspert məsləhət dəstəyi göstərmək;
Qiymətləndirmə prosesində proseduru rəhbər tutaraq obyektivlik və ədalətlilik prinsipinin qorunmasına nəzarət etmək;
Performansın idarə edilməsi üzrə müasir tendensiyaları, beynəlxalq standartları və qabaqcıl təcrübələri izləmək;
Mövcud sistem və yanaşmaların təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və tətbiqinin təşəbbüsü;
Tələblər
İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür;
Performansın idarə edilməsi, insan resurslarının inkişafı və strateji İR layihələrində minimum 3 il müvafiq iş təcrübəsi;
Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları və ən yaxşı təcrübələr haqqında güclü anlayış;
Performans idarəetmə çərçivələri, KPI və scorecard modellərinin hazırlanması və tətbiqi üzrə dərin biliklər;
Performans modullarından istifadə təcrübəsi (məsələn, SAP SuccessFactors, Oracle, INCORE HRM və s.);
Analitik düşüncə və məlumatların təhlili bacarığı (Excel, Power BI və ya digər analitik alətlər üzrə bilik üstünlükdür);
Bütün struktur və rəhbərlik səviyyələri ilə səmərəli əməkdaşlıq qurmaq və idarəetməyə məsləhətçi rolunda çıxış etmək bacarığı;
Yüksək təqdimat bacarığı və məlumatı aydın, məntiqli və təsirli şəkildə çatdırmaq qabiliyyəti;
Agile, OKR, Balanced Scorecard və ya digər performans yanaşmalarına dair bilik və ya təcrübə əlavə dəyər hesab olunur;
Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı (İngilis və rus dili əlavə üstünlükdür)
Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;