İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

UX/UI Dizayner

21-07-2025

290

Təsvir

  • UX/UI dizayn sahəsində istifadəçi tələblərinə uyğun əsas dizayn prinsiplərini tətbiq edərək tapşırıqları yerinə yetirmək;
  • Qurum daxilində müəyyən olunmuş dizayn sistemini öyrənmək və ondan istifadə etmək;
  • Komandanın digər üzvlərinin rəhbərliyi altında sadə istifadəçi interfeyslərinin (UI) hazırlanmasında iştirak etmək;
  • İstifadəçi tədqiqatlarına dəstək vermək – sadə anketlərin, müsahibələrin və ilkin araşdırmaların aparılmasına kömək etmək;
  • Təlimlər və mentorluq proqramları çərçivəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək;
  • Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək üçün Figma, Maze, Jira, Confluence kimi alətlərdən istifadə etmək və bu sahədə özünü inkişaf etdirmək;
  • UX dizayn sahəsində əsas terminləri və yanaşmaları öyrənmək və praktikada tətbiq etməyə başlamaq;
  • Etdiyi tapşırıqlara dair hesabatlar hazırlamaq və əldə olunan nəticələri komanda ilə bölüşmək.

Tələblər

  • Ən azı 1 il iş təcrübəsi və ya praktiki layihələrdə iştirak etmiş olmaq;
  • UX/UI dizayn sahəsində əsas biliklərə malik olmaq və bu istiqamətdə inkişaf etməyə maraqlı olmaq;
  • Rəqəmsal məhsulların dizaynına dair baza səviyyəsində anlayışa malik olmaq;
  • UX/UI dizaynın əsas prinsiplərini (istifadəçi mərkəzli dizayn, vizual iyerarxiya, rəng, tipoqrafika və s.) başa düşmək və onları tətbiq etməyə başlamaq;
  • Figma kimi əsas dizayn alətləri ilə ilkin işləmə təcrübəsinə malik olmaq və onun imkanlarını öyrənməyə hazır olmaq;
  • İstifadəçi tədqiqatları və analitik düşüncə bacarıqlarına maraq göstərmək;
  • Mobil (iOS, Android) və Web platformaların dizayn prinsipləri üzrə biliyə sahib olmaq;
  • Öyrənməyə açıq olmaq və yeni bilikləri sürətli mənimsəmək bacarığına malik olmaq;
  • Komanda ilə işləmə və feedback mədəniyyətini anlamaq və qəbul etmək;
  • Minimal olaraq “Pre-Intermediate” səviyyəsində İngilis dili bilikləri.

Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

iyul 21, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq