İşçilərə işə başlamazdan əvvəl işöncəsi təlimat keçmək və işçilərin təlimat vərəqinin imzalanmasının təmin edilməsi.
Gün ərzində görüləcək işlərin işçilər arasında bölgüsünü aparmaq.
Görülən işlərin icrasına nəzarət etmək.
Zavod ərazisinə daxil olan xammalların standartlara uyğunluğunu yoxlamaq, standartlara uyğun olmadığı aşkarlandıqda akt tərtib edib rəhbərliyə və aidiyyəti şöbəyə məlumat vermək.
Yeni növ məhsulların araşdırılması və istehsala uyğun olub-olmamasının yoxlanılması.
Xammalın çıxarılma yerinin təyin edilməsi və normalara uyğun çeşidlənməsi prosesini icra etmək.
Aidiyyəti şöbə tərəfindən təklif edilən xammallara baxış keçirmək, istehsalata uyğunluğunu və yararlılığını müəyyən etmək.
İstehsal edilmiş hazır məhsul və yarımfabrikatların yoxlanılması və satış üçün yararlı olması barədə rəy vermək.
Mütərəqqi və iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanması və tətbiqi.
İstehsalatın texnoloji hazırlığını və texniki yenidən qurulmasını təmin etmək, xammal və əmək sərfinə qənaət və məhsul keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək.
Yeni texnika və texnologiyanın tətbiqi planları üzrə texnoloji sənədlərin hazırlanmasına və bölmələrin təmin olunmasına nəzarət etmək.
Məmulatların hazırlanması, müasir texnologiyaların tətbiqi, mexanikləşdirmə və avtomatlaşdırma proseslərinin təşkilinə nəzarət etmək.
Yeni texnika və texnologiyanın tətbiqi və mənimsənilməsi müddətinin azaldılması, istehsal gücünün artırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak etmək.
Tabeliyində olan işçilərə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək.
Razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunmasına və prosesdən kənarlaşmaların olmamasına nəzarət etmək.
İşçilərin istehsal prosesini daha dərindən öyrənməsi üçün qarşılıqlı dialoqlarda iştirak etmək.
Məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında iştirak etmək.
İstehsalatda istifadə olunan xammal və materialların norma daxilində istifadəsinə nəzarət etmək.
Qabaqcıl təcrübələr əsasında yeni metodların işlənilməsini təmin etmək.
Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorların araşdırılması və aradan qaldırılmasında iştirak etmək.
Tabeliyində olan işçilərin təhlükəsiz şəraitdə işləməsinə və fərdi mühafizə vasitələrindən istifadəsinə cavabdeh olmaq.
Əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etmək.
Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil: Ali (Kimya mühəndisliyi və ya uyğun mühəndislik sahəsi)
Yaş həddi: 25-50;
İş təcrübəsi: minimum 3 il;
MS Office proqramları üzrə biliklər;
Ölkə daxili və xarici ezamiyyələrə açıq olmalı.
Texniki tələblər və səriştələr:
Texnoloji proseslərin və istehsalat avadanlıqlarının iş prinsiplərini bilməlidir;
Gips, perlit, kirəc, kalsit istehsalı texnologiyasını bilməli və minimum 3 il təcrübəsi olmalıdır;
Gips əsaslı məhsulların istehsalında yeni xammalların araşdırılması və tətbiqi üzrə işləməlidir;