“Prime Cotton” MMC-nin fəaliyyəti ilə bağlı biznes proseslərini müəyyənləşdirmək və müvafiq qaydada sənədləşdirmək
Cəmiyyətin İnteqrasiya olunmuş Menecment Sisteminin (İMS) tələblərinin tətbiqini təmin etmək, sistemlərin effektivliyini və aktuallığını qorumaq
İMS çərçivəsində tələb olunan daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, idarə olunması və aktual vəziyyətdə saxlanılmasını təmin etmək
İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə olunması ilə bağlı qeydlərin yaradılması, saxlanılması və idarə olunmasını təmin etmək
Daxili sənədlərin hazırlanmasında iştirak etmək və struktur bölmələr tərəfindən hazırlanan sənədlərin ilkin yoxlanışını aparmaq
Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək
Daxili sənədlərin qeydiyyatı, saxlanması və şirkət daxilində müvafiq istifadəçilərə əlçatanlığını təmin etmək
İşçi heyətinin daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə olunan alətlər üzrə təlimatlandırılmasını təmin etmək və təlimlərdə iştirak etmək
İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərdə iştirak etmək
Auditlər və qiymətləndirmələr zamanı aşkar olunmuş uyğunsuzluqlar üzrə düzəldici tədbirləri müəyyənləşdirmək və icrasını təmin etmək
Potensial keyfiyyət problemlərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər hazırlamaq və həyata keçirmək
Qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək
Müştəri məmnuniyyətini ölçmək, geri bildirimləri təhlil etmək və şikayətlərin idarə olunmasını təmin etmək
Təchizatçıların keyfiyyət performansını monitorinq etmək və qiymətləndirmək, zəruri hallarda onların auditində iştirak etmək
Keyfiyyət infrastrukturunun (obyektlər, avadanlıqlar, sistemlər) inkişafı və saxlanmasına dəstək göstərmək
Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək
Məsuliyyətlər:
Vəzifə öhdəliklərinin icrası zamanı məlum olan konfidensial məlumatları gizli saxlamaq
Fəaliyyətlə bağlı hesabatları vaxtında hazırlamaq və təqdim etmək
Təyin olunmuş hədəflərə nail olmaq
Şirkətdə qüvvədə olan daxili normativ sənədlərə və müvafiq qanunvericilik tələblərinə riayət etmək
SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) üzrə daxili sənədlər və qanunvericilik tələblərinə əməl etmək
Əlavə Məlumat:
Əmək haqqı: razılaşma əsasında
Könüllü tibbi sığorta təminatı
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30 – 18:30
İş yeri: Bakı şəhəri, Qafqaz Business Cente
Tələblər
Təhsil:
Ali
Təcrübə:
Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
Sertifikatlar:
Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:
ISO 9001:2015 – Quality Management Systems Auditor
Dil bilikləri:
Azərbaycan dili (ingilis dili və rus dili arzuolunandır)
Kompüter bilikləri:
MS Office (Word, Excel, PowerPoint), MS Visio
Texniki biliklər:
“ISO 9001:2015 Quality Management Systems — Requirements” standartı üzrə biliklər
ISO 14001:2015, ISO 45001:2018, NOP, GOTS və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq
Proses xəritələrinin və blok-sxemlərin tərtib olunması, biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0)
Səriştə və bacarıqlar:
Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti
Dəyişikliyə açıq olmaq və dəyişiklikləri idarə edə bilmək bacarığı
Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı
Qərar qəbul etmək və məsuliyyət götürmək bacarığı
Dəqiqlik və detallara diqqət göstərmək bacarığı
Yüksək səviyyədə aktiv dinləmə bacarığı
Komanda daxilində işləmək bacarığı
Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı