Mikroservis arxitekturasına uyğun olaraq bankdaxili və üçüncü tərəf sistemləri üçün servislərin hazırlanması, testləşdirilməsi və texniki sənədləşdirilməsi;
Servislərdən istifadə edən tərəflərə texniki dəstəyin göstərilməsi, yaranan problemlərin qarşı tərəflə birgə operativ şəkildə analiz edilməsi və həll olunması;
Servislərin fasiləsiz və davamlı işləməsinin təmin edilməsi (performans problemlərinin aradan qaldırılması, təhlükəsizlik boşluqlarının bağlanması, yeni funksionallıqların əlavə edilməsi);
Bank sistemlərində tətbiq olunan funksionallıqların dəstəklənməsi və təkmilləşdirilməsi;
Biznes tələblərinə uyğun olaraq mövcud funksionallığın adaptasiyası, inkişaf etdirilməsi və optimallaşdırılması;
Mövcud sistemlərin stabil fəaliyyətinin təmin edilməsi, yaranan texniki problemlərin araşdırılması və effektiv şəkildə həll olunması;
Kod keyfiyyətinin qorunması məqsədilə code review proseslərində aktiv iştirak;
Texniki qərarların qəbulunda və sistem arxitekturasının inkişafında iştirak;
Bank sistemləri arasında inteqrasiya qatının mikroservis arxitekturasına uyğun şəkildə hazırlanması və dəstəklənməsi;
Fərqli protokol və formatlarla (REST, SOAP, JSON, XML) işləyən servislərin bir-birinə uyğunlaşdırılması və adaptasiyası;
Mövcud inteqrasiya nöqtələrində yaranan xətaların (bugfix) analizi və qısa müddətdə aradan qaldırılması;
Yüksək yüklü (high-load) sistemlərdə performans problemlərinin monitorinqi, analizi və optimallaşdırılması.
Tələblər
Namizədə dair tələblər
Java 11+ və Spring Boot texnologiyaları üzrə dərin biliklər;
Design Patterns (xüsusilə Adapter, Facade, Strategy) üzrə praktiki tətbiq təcrübəsi;
REST və SOAP protokolları ilə işləmə bacarığı və inteqrasiya təcrübəsi;
Məlumatların transformasiyası üçün alətlərlə (məsələn, MapStruct) işləmə təcrübəsi;
Resilience4j və ya oxşar Fault Tolerance kitabxanaları ilə işləmə və dayanıqlı sistem yanaşmaları üzrə biliklər;
Mesajlaşma növbələri (Apache Kafka) və verilənlər bazaları (PostgreSQL, Oracle, Redis) ilə praktiki iş təcrübəsi;
Unit və Integration testlərin yazılması üzrə təcrübə (JUnit, Mockito).
Rus və ya ingilis dilində sərbəst ünsiyyət bacarığı.