Departament rəhbərinin imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul etmək;
Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlamaq;
Rəhbərin telefon danışıqları aparmasını təmin etmək, onun yerində olmadığı halda alınmış məlumatları qeyd etmək, ona çatdırmaq;
Surətçıxarma aparatı vasitəsi ilə sənədlərin surətlərini çıxarmaq;
Bölmənin fəaliyyət sahəsi ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyi artırmaq və çatışmazlıqları aradan qaldırılması üzrə təkliflər hazırlamaq və bölmə rəisinə təqdim etmək;
Rəhbərlik tərəfindən Bölmənin fəaliyyəti ilə bağlı müəyyən olunmuş digər zəruri vəzifə və funksiyaları icra etmək; Birbaşa rəhbərinə aylıq olaraq görülmüş işlər barədə hesabat vermək;
Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işin (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirilmə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirmək;
Rəhbərin iş yerini zəruri təşkilati texnika ilə, dəftərxana ləvazimatları ilə təmin etmək, onun effektiv işinə imkan verən şəraiti yaratmaq;
Qonaqların qəbulunu təşkil etmək, işçilərin xahiş və təkliflərinə baxılmasının operativliyinin təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
Kompüter bilikləri: MS Office (sərbəst);
Dil bilikləri: rus\ingilis (üstünlükdür);
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər